Goranboy rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə zamanı Türkiyə vətəndaşı, 1969-cu il təvəllüdlü S. Hakyeməz idarə etdiyi İveco markalı yük avtomobili ilə Qazax istiqamətinə hərəkətdə olarkən nəzarəti itirərək magistral yolun dəmir arakəsməsinə dəyib.

Qəza nəticəsində avtomobildə və yol təsərrüfatında ciddi ziyan yaranıb, xəsarət alan olmayıb. Yük yerində olan dəmirlər yola dağılıb, həmçinin yük maşınından təxminən 1 tona yaxın yanacaq axıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilərək yolda dağılan yanacağı yuyublar.

Faktla bağlı araşdırma aparılır.