Avqustun 15-də Şirvan kanalına düşərək ölmüş Göyçay rayon sakininin meyiti yaxın günlərdə tapılıb.

Hadisənin zərərçəkəni Tahir Qafar oğlu Quliyev kimi müəyyən edilib. O, avqustun 15-də kanala düşərək həyatını itirib.

Quliyevin meyiti avqustun 16-da kanalın İsmayıllı rayonunun Qubaxəlilli kəndi yaxınlığından keçən hissəsində aşkar edilib.

Məsələ ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.