Göyçayda ot presinin altında qalan kişi həyatını itirdi
Göyçayın Alpoud kəndində 1984-cü il təvəllüdlü Anar Səlimov ot tayasının üstündə yıxılaraq ot presinin başına düşməsi nəticəsində hadisə yerində vəfat edib.
1 dəq oxunuşMənbə: Manşet
Göyçay rayonunun Alpoud kəndində bədbəxt hadisə baş verib.
1984-cü il təvəllüdlü Anar Səlimov ot tayasının üzərində olarkən vəziyyəti pisləşib və yıxılıb. Yıxılma zamanı ot presi onun başına düşüb və o, hadisə yerində ölüb.
Hadisə ilə bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.