Göyçay rayonunda baş verən bədbəxt hadisə nəticəsində 42 yaşlı kişi həyatını itirib.

Hadisə bu gün səhər saat 7 radələrində Alpoud kəndində qeydə alınıb. Kənd sakini Anar Səlimov (1984-cü il təvəllüdlü) həyətdə ot bağlamaları toplayarkən qəfil vəziyyəti pisləşib və ot tayasının üstündən yıxılıb.

Yıxılma zamanı üzərinə yığılan ot bağlamaları A.Səlimovun üzərinə düşüb. O, hadisə yerində keçinib.

Hadisə ilə bağlı müvafiq instansiyalar tərəfindən araşdırma aparılır.