Vəndam qəsəbəsinin 1 nömrəli tam orta məktəbində uzun müddət pedaqoji fəaliyyət göstərmiş müəllim İbad İsbat oğlu Paşayev vəfat edib.

Mərhum 80 yaşında olub və uzun müddət davam edən xəstəlik nəticəsində dünyasını dəyişib.

O, fəaliyyət göstərdiyi illər ərzində çoxsaylı şagirdlərin təlim-tərbiyəsində iştirak edib və tanıyanlar onu peşəkar pedaqoq, yüksək mənəvi keyfiyyətlərə malik insan kimi xatırlayırlar.