Hacıqabulda ağır cinayət hadisəsi qeydə alınıb.

Hadisə şəhərin İ. Qayıbov küçəsində, minik avtomobilinin içərisində baş verib. Qurbanın 2007-ci il təvəllüdlü Zeynəb Qocayeva olduğu müəyyən edilib.

İlkin məlumata görə, Z.Qocayeva boyun nahiyəsinə bıçaq zərbəsi almış və nəticədə dünyasını dəyişmişdir. Cinayətdə şübhəli bilinən şəxs onun qardaşıdır.

Şübhəli şəxs könüllü olaraq polisə təqdim olunub. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.