Hacıqabul şəhərində qətl hadisəsi qeydə alınıb.
Hadisə İsmət Qayıbov küçəsindəki minik avtomobilində baş verib. 2007-ci il təvəllüdlü Zeynəb Qocayeva boyun nahiyəsindən bıçaqlanaraq həyatını itirib.
Cinayətdə şübhəli bilinən mərhumun qardaşı, 1995-ci il təvəllüdlü Cəfər Həsənov, könüllü şəkildə polis idarəsinə gedərək təslim olub.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma işləri davam etdirilir.