Yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit və yağmursuz olacaq.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında avqustun 22-dən 25-dək proqnozları təqdim edib.
O qeyd edib ki, həmin müddətdə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33-38°C aralığında, Azərbaycanın rayonlarında 35-38°C təşkil edəcək.
Mərkəzi Aran regionu və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində termometrlər 40-41°C-ə qədər isti göstərə bilər.