Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin hospitalında müalicə alan və hərbi hissələrdə xidmət göstərən sərhədçiləri ziyarət ediblər.

Ziyarət haqqında Hərbi Prokurorluq məlumat yayıb. Rəsmi şəxslər görüş zamanı ölkənin Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə edilən uğurlardan danışıb, Silahlı Qüvvələrin formalaşması və Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə qeyd olunub. Həmçinin hərbçilərə göstərilən diqqət və qayğı məsələsinə toxunulub.

Ziyarətçilər hospitalda müalicə olunan hərbi qulluqçuların müalicə prosesinin gedişi və hərbi hissələrdə xidmət şəraiti barədə məlumat alıblar.

Tədbir çərçivəsində hərbi qulluqçulara bayram hədiyyələri təqdim edilib.

Sərhədçilər yaradılan şəraitə və göstərilən qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.