Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən kompleks nəzarət tədbirləri nəticəsində gömrük qaydaları pozularaq ölkə ərazisinə gətirilən dərman preparatları aşkar edilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hadisə Heydər Əliyev Beynəlxalq Hava Limanının 1-ci Terminalının ərazisində qeydə alınıb. Xarici hava limanlarında sərnişinlərə paylanmış bağlamaları qəbul edən şəxs saxlanılıb.

Saxlanan şəxsin üzərinə və idarə etdiyi minik avtomobilinə keçirilən gömrük baxışı zamanı ümumilikdə 10 adda, 93 qutu dərman vasitəsi müəyyən edilib.

Məsələ ilə bağlı araşdırma aparılır və faktla əlaqədar tədbirlər davam etdirilir.