Hindistanda dini ibadət zamanı ortaya çıxan izdiham nəticəsində insan tələfatı qeydə alınıb.

Hadisə Bihar ştatının Lakhisarai rayonunda yerləşən Aşok Dham məbədində baş verib. Yerli rəsmilərin ilkin məlumatlarına görə, izdiham səbəbindən azı 7 nəfər ölüb, bir çox insan yaralanıb.

Yaralananlar dərhal xəstəxanalara aparılıb və onlara ilkin tibbi yardım göstərilir. Həkimlər və təcili yardım xidmətləri hadisə yerində çalışır.

İlkin versiyaya görə, məbədin yaxınlığında elektrik dirəyinin aşması və naqilin qırılması ibadət edənlər arasında panikaya yol açıb. Bu panika izdihamın şiddətlənməsinə gətirib çıxarıb.

Hadisənin tam səbəbləri və dəqiq itki sayı ilə bağlı araşdırma davam edir. Məlumatlar dəqiqləşdirildikcə əlavə açıqlamalar veriləcək.