Qazax rayonunun Xanlıqlar kəndində avqustun 18-i günü qaz təchizatında müvəqqəti kəsinti olacaq.

Şəmkir Regional Qaz İstismarı İdarəsi bildirib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması və təmir-quraşdırma işlərinin görülməsi səbəbindən kəsinti həyata keçiriləcək.

İdarənin məlumatında qeyd olunub ki, təmir işləri avqustun 18-də saat 10:00-dan başlayacaq və işlər başa çatanadək kəndə qaz verilişi dayandırılacaq.