Azərbaycan və Özbəkistan arasında gələcək əməkdaşlığın həyata keçirilməsi üçün dəqiq və mərhələli fəaliyyət planı hazırlanıb, bunu Prezident İlham Əliyev mətbuata bəyan edib.

Dövlət başçısı qeyd edib ki, sözügedən plan layihələrə konkrekt məzmun verir və onların icrası üçün aydın mexanizmlər müəyyən edilib.

Prezident əlavə edib ki, plana investisiya fondu daxil olmaqla, Azərbaycanın turizm infrastrukturuna və avtomobil sənayesinə yönələn investisiya layihələri də daxildir. Bu yatırımların həcmi milyardlarla manat səviyyəsində qiymətləndirilir.

Bəyanatda layihələrin prioritetləri və icra mexanizmlərinin konkretləşdirildiyi, tərəflər arasındakı əməkdaşlığın intensivləşdirilməsinin gözləndiyi vurğulanıb.