Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın sabiq prezidenti Viktor Yuşenko ilə görüşüb.
Dövlət başçısı görüş barədə özünün “X” hesabında məlumat verib və 20 ildən artıq davam edən tanışlıqları zamanı yaranmış xoş xatirələri xatırladıqlarını bildirilib.
Həmçinin iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ortaq işlərə nəzər salındığı və gələcək perspektivlər barədə fikir mübadiləsi aparıldığı qeyd edilib.
Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri Prezidentə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim edib.