İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutlarının bərpası mövzusunda danışıqları davam etdirir.
İranın xarici işlər naziri Abbas Əraqçi boğazın yenidən açılmasının ABŞ-ın iyun ayında imzaladığı anlaşma memorandumunun şərtlərinə riayət edilməsindən asılı olacağını bildirib.
Tehran və Maskat arasında aparılan görüşlər Hörmüzdə gələcək gəmi hərəkətinin taleyi və regiondakı enerji daşımalarının təhlükəsizliyi baxımından yaxından izlənilir.
İran tərəfi boğazla bağlı qərarı ABŞ-ın üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsi ilə əlaqələndirir və növbəti danışıqlar baş tutarsa, yeni şərtlərlə çıxış edəcəyi xəbərdarlığını verib.