Bu ilin ilk yeddi ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz çox olmaqla 4 milyard 568 milyon manat vəsait ayrılıb.
Məlumatda bildirilir ki, cari ilin əvvəlindən pensiyalar ümumilikdə 9,3 faiz indeksləşdirilərək artırılıb.
1 avqust 2026-cı il tarixinə pensiyaların orta aylıq məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 595 manata yüksəlib. Yaşa görə orta aylıq pensiyanın məbləği isə 633 manat təşkil edir.
Yanvar–iyul aylarında 25 min pensiya təyinatı elektron sistem vasitəsilə reallaşdırılıb. Elektron pensiya təyinatı xidmətinin proaktiv olaraq tətbiqinə başlanılan 2019-cu ilin əvvəlindən isə 203 min təyinat e-sistem üzərindən icra edilib.
Qeyd olunur ki, bu göstəricilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi məlumatlara əsaslanır.