Bu ilin ilk yeddi ayında qanunsuz dövriyyədən ümumilikdə 6 ton 223 kq 519,057 qram narkotik vasitə və psixotrop maddə götürülüb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, qeyd olunan həcmdə maddələr müxtəlif əməliyyat tədbirləri nəticəsində müsadirə edilib.
Götürülmüş narkotiklərin ümumi dəyəri 187 milyon 200 min Azərbaycan manatı səviyyəsində qiymətləndirilir.