İmişli rayonunda şin təmiri zamanı baş verən partlayış nəticəsində xəsarət alan ustanın vəziyyəti ağırdır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, hadisə ilə əlaqədar 1995-ci il təvəllüdlü kişi 16.08.2026-cı il tarixində saat 16 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Pasiyentə gicgah sümüyünün köndələn sınığı və kəllə əsası sümüyünün sınığı diaqnozları qoyulub və ona zəruri tibbi yardım göstərilib.

Vəziyyəti ağır qiymətləndirildiyindən pasiyent daha ixtisaslı tibbi xidmət almaq məqsədilə Respublika Klinik Xəstəxanasına təxliyə olunub.