İmişli rayonunda şin təmiri zamanı partlayış baş verib və usta xəsarət alıb.
Hadisə saat 17:00 radələrində Məzrəli kəndində qeydə alınıb. Bildirilib ki, qoşqulu yük maşınının şinini təmir edərkən partlayış yaranıb və təmir işini görən şəxs xəsarətə məruz qalıb.
Xəsarət alan usta İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və müalicəyə götürülüb. Hadisənin səbəbləri və zərərin həcmi ilə bağlı araşdırma aparılır.