İran hakimiyyəti Avropada yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirməyi nəzərdən keçirir.
Məlumatı verən mənbələr bildirirlər ki, Tehran ABŞ tərəfdən təzyiq artdığı təqdirdə belə bir addımı ata bilər. ABŞ Prezidenti Donald Tramp avqustun 18-də Tehranla danışıqların uğursuz olduğunu təsdiqləyib.
Eyni mənbələrə görə, Bolqarıstan və Kipr ABŞ-ın Avropadakı ilkin potensial hədəfləri kimi qiymətləndirilir. Bundan əvvəl İran qüvvələrinin Hörmüz boğazında dənizaltı fiber optik kabellərə hücumları nəzərdən keçirdiyi də qeyd olunur.
Mənbələr iddia edirlər ki, əgər Tramp İran infrastrukturuna qarşı hücum təhdidlərinə əməl edərsə, Tehran daha aktiv qarşı tədbirlər görəcək və ABŞ-ın hərbi əməliyyatlarına cavab verərkən məhdudiyyət tətbiq etməyəcək.
İran Xarici İşlər Nazirliyi bu iddialara münasibət bildirməyib.