İranın Baş Qərargahı müharibə şəraitində iki qırıcı təyyarənin vurulduğunu açıqlayıb.
Rəsmi məlumatda qeyd edilib ki, insident zamanı həmin təyyarələr qəzaya uğrayıb və dörd iranlı pilotun təyyarələrdə olduğu bildirilib.
Açıqlamada dörd pilotdan üçünün Qətər tərəfindən əsir götürüldüyü vurğulanıb.
Qətər tərəfi hələlik İranın iddialarına münasibət bildirməyib.