İran parlamentinin deputatı Hüseynəli Hacı Deliqani Birləşmiş Ərəb Əmirlikləri ilə bağlı kəskin mövqe ortaya qoyub.
Deliqani Yaxın Şərqdə baş verən son prosesləri şərh edərkən Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında əldə olunan səkkizbəndlik razılaşmanı ABŞ-ın bölgədəki siyasətinin uğursuzluğu nümunəsi kimi dəyərləndirib.
Deputat bildirib ki, BƏƏ ABŞ-dan təhlükəsizlik təminatı əldə etmək məqsədilə neft gəlirlərindən 9 trilyon dollar xərcləyib. O, yaranmış vəziyyət fonunda BƏƏ-nin İrana vurduğu zərəri ödəməli olduğunu vurğulayıb.
Hüseynəli Hacı Deliqani həmçinin BƏƏ-nin gələcəkdə uzun müddət ərzində öz ərazisinin hamısını İrana təhvil verməsinin istisna olmadığını söyləyib.