İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi üzrə qanun layihəsinin gəmilərin keçidi zamanı rüsum tələb edilməsi maddəsini təsdiqləyib.
Komitənin təsdiqlədiyi qanun layihəsinin üçüncü maddəsinə əsasən, Hörmüz boğazından tranzitə icazə verilən ölkələrin gəmiləri müəyyən xidmətlərə görə rüsum ödəməli olacaq.
Qanun layihəsində qeyd edilir ki, tutulacaq rüsumlar ekoloji xidmətlərin göstərilməsi, yanacaq doldurulması, sığorta xidməti və təhlükəsizliyin təmin olunması xərclərini əhatə edəcək.
Qərarın icrası və rüsumların məbləği barədə son qərarlar qanunvericilik prosesi tamamlandıqdan sonra müəyyən ediləcək və tətbiq mexanizmləri parlamentdə formalaşdırılacaq.