İranın Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı 2026-cı ilin yanvarında saxlanılan etirazçı Məcid Adinənin dar ağacından asıldığını açıqlayıb.

Rəsmi məlumatda bildirilir ki, Adinəyanı "İsrail, ABŞ və düşmən qrupların xeyrinə əməliyyat fəaliyyəti aparmaq, ölkənin milli təhlükəsizliyinə və maraqlarına qarşı onlarla əməkdaşlıq etmək"də ittiham ediblər.

Qeyd olunur ki, Məcid Adinə yanvarın 9-da Kərəc yaxınlığındakı Məhəmmədşəhr ərazisində saxlanılıb.

Eyni mənbə xatırladır ki, ötən ilin dekabrında keçirilən kütləvi etirazlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına avtomobillə hücum etməkdə ittiham olunan Şahram Sadiqi də dar ağacından asılaraq edam edilmişdi.