İran parlamentinin deputatı Hüseynəli Hacı Deliqani Yaxın Şərqdə baş verən son siyasi dəyişikliklərə münasibət bildirərək Birləşmiş Ərəb Əmirliklərini sərt sözlərlə çıxış edib.

Deputat Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında əldə olunmuş səkkizbəndlik razılaşmanı ABŞ-ın regiondakı siyasətinin uğursuzluğunun əlaməti sayıb və bu nümunəni ABŞ-ın strategiyasının iflası kimi dəyərləndirib.

Hacı Deliqani bildirib ki, BƏƏ təhlükəsizlik təminatı üçün neft gəlirlərindən doqquz trilyon dollar xərcləyərək ABŞ-dan qorunmağa çalışıb, lakin indi yeni reallıqla üzləşib. O, bu vəziyyət fonunda Birləşmiş Ərəb Əmirliklərinin İrana vurduğu ziyanın ödənilməsinin vacib olduğunu vurğulayıb.

Deputat çıxışında əlavə edib ki, hadisələrin gedişatı nəticəsində BƏƏ-nin uzun illər ərzində bütün ərazilərini İranın sərəncamına verməli olması istisna deyil.