İraqın şimalında yerləşən Kürdüstan Regional Hökumətinin Baş naziri Məsrur Bərzaninin ofisi gecə saatlarında dron hücumuna məruz qalıb.

Rəsmi açıqlamalara əsasən, hadisə İran ərazisindən buraxıldığı bildirilən iki döyüş tipli pilotsuz uçuş vasitəsi ilə həyata keçirilib. İlk məlumatlar ölüm və ya xəsarət hallarının qeydə alınmadığını göstərir.

Hücum zamanı partlayıcı vasitələrlə təchiz edilmiş "Hadi-110" modelli PUA-ların istifadə olunduğu bildirilir. Bərzaninin ofisi ilə yanaşı bölgənin kəşfiyyat idarəsinin rəisinin yaşadığı evə də zərbələr endirilib.

Hazırda regional səlahiyyətli orqanlar dağıntıların və maddi zərərin həcmini müəyyənləşdirir və hücumun səbəblərini araşdırırlar.