İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində iki nəfərin həyatını itirdiyi bildirilib.

Hadisə Təzəkənd–Diyallı yolunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində qəza baş verib və nəticədə iki nəfər dünyasını dəyişib.

Ölənlərdən birinin 60 yaşlı Elina Məmmədova olduğu müəyyən edilib. Digər qurbanın isə ikiaylıq oğlan körpəsi olduğu açıqlanıb.

Qəzaya qarışan avtomobillərdən birinin “Hyundai” markalı olduğu qeyd edilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.