İsmayıllıda ev şəraitində zəhərlənmə hadisəsi qeydə alınıb.

Hadisə ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları müvafiq qurumlarla birlikdə araşdırmalara başlayıblar.

İlkin məlumata görə, zəhərlənmə Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil edilmiş toy məclisində baş verib.

24 nəfər zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti yaxşı olanlar evə buraxılıblar.

AQTA mütəxəssisləri hadisə yerindən nümunələr götürərək laborator müayinələr həyata keçirir; araşdırmaların nəticələrinə uyğun tədbirlər görüləcək.