İspaniyada bu ilin yayında qeydə alınan anomal isti hava şəraiti nəticəsində 4,4 mindən çox ölüm baş verib.

Ölüm halları və onların sıxlığını izləyən 'MoMo' monitorinq sisteminin məlumatlarına əsasən, iyunun 1-dən avqustun 19-dək bu dövrdə 4 458 ölüm faktı qeydə alınıb.

Bu göstərici 2022-ci ildə müəyyən edilmiş rekord səviyyəyə yaxındır.

İyunun başlanğıcından etibarən ölkənin müxtəlif bölgələrində temperatur bir neçə dəfə 40 dərəcəni ötüb və uzun müddətli yüksək hərarət müşahidə olunub.