İsrailə məxsus hərbi təyyarələr Suriyanın şimalındakı İdlib vilayətində yerləşən Əbu Zuhur hərbi hava limanına dörd hava zərbəsi endirib.
Hücumun gecə saat 03:00 radələrində həyata keçirildiyi yerli mənbələr tərəfindən qeyd edilib.
Zərbələrin nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə məlumat açıqlanmayıb.
Suriyanın rəsmi qurumlarından hadisə ilə bağlı hələlik heç bir açıqlama verilməyib.