İsrail ordusu Qəzza zolağının Nuseyrat bölgəsinə zərbə endirərək HƏMAS hərəkatının hərbi qanadının taqım komandirini öldürdüyünü açıqlayıb.

Məlumatı ordunun mətbuat xidməti yayıb. Bildirilir ki, həyata keçirilən əməliyyat nəticəsində hədəf zərərsizləşdirilib.

Rəsmi açıqlamada vurğulanıb ki, öldürülən şəxsin son dövrlərdə İsrail hərbçilərinə və mülki vətəndaşlara yönələn hücumlar təşkil etməyə çalışdığı iddia edilir.

Hadisənin əlavə detalları və əməliyyat zamanı yaranan başqa itki və ya ziyan barədə məlumat verilməyib.