İstanbulda şəhərdaxili nəqliyyatda qəza baş verib. T1 Kabataş–Bağcılar tramvay xəttində hərəkətdə olan kompozisiya Fındıklı dayanacağı yaxınlığında relsdən çıxıb.
Hadisə zamanı vaqondakı sərnişinlər arasında təşviş yaşanıb, dərhal müvafiq xilasedici və təcili yardım xidmətləri hadisə yerinə göndərilib. Yanğın söndürmə briqadaları da operativ şəkildə cəlb olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində bütün sərnişinlər vaqondan çıxarılaraq təhlükəsiz əraziyə yönləndirilib. İlkin açıqlamalara görə, qəza nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Hazırda texniki qruplar relsdən çıxmanın fəsadlarını aradan qaldırmaq və hadisənin səbəblərini müəyyən etmək üçün tədbirlər həyata keçirir. Araşdırma davam edir.