Uşaqlar, yaşlılar və quruluq problemi olan şəxslər üçün çox isti su ilə çimmək tövsiyə edilmir. Qeyd olunur ki, belə su dərinin qoruyucu yağ təbəqəsini zədələyə bilər və müdafiə funksiyasını zəiflədə bilər. BAKU.WS xəbər verir ki, dermatoloq Yuliya Qallyamova bu məsələ ilə bağlı açıqlama verib. Həkimin sözlərinə görə, xüsusən atopik dermatit, allergiya və dəri quruluğundan əziyyət çəkənlər isti sudan uzaq durmalıdılar. Mütəxəssis əlavə edib ki, isti su dərinin su-lipid təbəqəsini yuyaraq mikrobiomun fəaliyyətinə mənfi təsir göstərir ki, bu da dərinin müdafiə mexanizmlərini zəiflədə bilər. Qallyamova bildirmişdir ki, belə şəxslər çox isti suda qalma müddətini 3–5 dəqiqədən artıq etməkdən çəkinməlidirlər. Dermatoq qeyd edir ki, gənc və sağlam insanlar, xüsusən yağlı dəriyə sahib olanlar üçün isti suda yumağın riskləri daha aşağıdır. Onun sözlərinə görə, suyun optimal temperaturu 38–40 dərəcədir.