I Qarabağ müharibəsinin itkin-şəhidi Mürşüd Nərimanovun nəşinin qalıqları bu gün İmişlidə torpağa tapşırılıb.
Oğul Asim Nərimanov bildirib ki, həmin dəfn ailə üzvləri üçün uzun müddətdir gözlənilən an olub və atalarının artıq ziyarət edilə biləcək məzarı olmasını böyük təsəlli hesab edirlər.
Asim Nərimanov xatırladıb ki, ailə illərlə Mürşüd Nərimanovun tapılacağı ümidilə yaşamış və 1994-cü ildə Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlər zamanı atasının itkin düşdüyünü qeyd edib.
O əlavə edib ki, özü də İkinci Qarabağ müharibəsində — Füzuli, Laçın və Şuşa əməliyyatlarında iştirak edib və işğal altında olan torpaqların tədricən azad olunmasını gördikcə, itkin və şəhidlərə dair ümidlərin davam etdiyini anladıqlarını vurğulayıb.
"32 il gözümüz yollarda qaldı. Artıq onun ziyarət edə biləcəyimiz bir məzarı var. Bu, bizə böyük təskinlikdir", — deyə Asim Nərimanov bildirib.