Rusiyanın Kamçatka bölgəsində 5,4 bal gücündə zəlzələ meydana gəlib.

Hadisə ilə bağlı məlumatı Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı yayıb.

Zəlzələnin episentri Petropavlovks-Kamçatskdan təxminən 94 kilometr aralıda yerləşib, yeraltı ocağın dərinliyi 44 kilometr olaraq qeydə alınıb.

Hələlik dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib.