Dünya
Kamçatka yaxınlığında 5,4 bal gücündə zəlzələ qeydə alınıb
Rusiya Kamçatka diyarında 5,4 bal gücündə zəlzələ baş verib; episentr Petropavlovsk-Kamçatskidən təxminən 94 km aralıda, ocaq dərinliyi 44 km olub.
1 dəq oxunuş
12 baxış
Mənbə: Baku Post
Rusiya Federasiyasının Kamçatka diyarında 5,4 bal gücündə yeraltı təkan qeydə alınıb.
Zəlzələnin ölçüsünü Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti müəyyən edib.
Episentr Petropavlovsk-Kamçatskidən təxminən 94 kilometr məsafədə yerləşib, zəlzələ ocağı isə 44 kilometr dərinlikdə qeyd olunub.
Mənbə: Baku Post
(17 Avqust 2026)