Kanal D-də yayımlanan “Uzak Şehir” serialının üçüncü mövsümünün çəkilişlərinə start verilib.

Serialın bu gün çəkiliş meydançasına qayıdan heyəti ilk səhnələri İstanbulda lentə alacaq. Daha sonra komanda Macarıstanın paytaxtı Budapeştə yollanaraq orada sürpriz səhnələrin çəkilişinə başlayacaq.

Yeni mövsümdə aktyor tərkibində dəyişikliklər nəzərə çarpır. Usta aktyor Mustafa Avkıran layihəyə “Kartal” obrazı ilə qoşulub. Həmçinin Mehmet Koran Fırat və Onur Özaydın da serialın heyətinə əlavə ediliblər.

Layihənin yeni afişası üçün fotosessiya artıq tamamlanıb. Baş rolu ifa edən Ozan Akbabanın bu məşqlər üçün hazırlanan yeni imici serialın izləyicilərinin diqqətini çəkib.

Çəkilişləri bu gündən başlayan “Uzak Şehir”in 64-cü bölümü sentyabr ayında tamaşaçılara təqdim ediləcəyi planlaşdırılır.