Avqustun 20-si günün ikinci yarısında ölkənin bəzi ərazilərində şimşək çaxması ilə müşayiət olunan yağışlar qeydə alınıb.

Milli Hidrometeorologiya Xidməti məlumatına görə, ayrı-ayrı məntəqələrdə yağıntılar leysan xasiyyəti daşıyıb və intensiv olub.

Qeyd olunan yağıntı həcmləri belə olub: Şahdağ 18 mm, Gədəbəy 17 mm, Daşkəsən 15 mm, Qusar 10 mm, İsmayıllı 6 mm, Göygöl 5 mm, Xınalıq (Quba) 4 mm. Ağdam və Qəbələdə 3 mm, Qaxda 2 mm, Goranboy, Gəncə, Naftalan, Xaltan, Tovuz, Zaqatala, Tərtər, Bərdə, Yevlax, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzulidə 1 mm-ə qədər yağıntı müşahidə olunub.

Avqustun 20-si saat 20:25–20:33 radələrində Kəlbəcər rayonunun İstisu qəsəbəsi, Alagöllər ərazisində diametri 8–10 mm olan dolu düşüb.

Şimal-qərb istiqamətli külək əsib; maksimal rüzgar sürətləri Bakıda və Abşeron yarımadasında 21 m/s, Culfada 19 m/s, Gəncədə 18 m/s, Şəmkir, Şabran və Naftalanda 16 m/s təşkil edib.