Müğənni Kəmalə Günəşli şəxsi həyatına dair açıqlaması ilə diqqət çəkib.
Sənətçi həyat yoldaşının gəlirləri barədə danışmağı sevmədiyini bildirib, lakin son dövrlərdə maddi baxımdan ərini geridə qoyduğunu etiraf edib. O qeyd edib ki, əvvəlcə əri daha çox qazanc əldə edirmiş, amma indi özünün bir qədər daha çox pul qazandığını söyləyib.
Kəmalə Günəşli sözlərinə görə, bu fərq ərinin həssaslığına səbəb olub və o, həmin vəziyyətdən inciyib. Müğənni vurğulayıb ki, məşhurluğu artdıqca gəlirləri də dəyişib və əvvəllərki duruma nisbətən indiki vəziyyət fərqlidir.
Onun bu etirafı sosial şəbəkələrdə geniş rezonans doğurub; izləyicilər müxtəlif reaksiyalar verərək mövzu ətrafında fikirlərini bölüşüblər.