Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Yaponiya rəhbərliyinə hərbi genişlənmə siyasətindən imtina etməsi çağırışı edib və əks halda ciddi nəticələrin ola biləcəyini bildirib.

O Yaponiya hərbi güclənməsini Asiya-Sakit okean regionunda qüvvələr nisbətini poza biləcək, uzunmüddətli və potensial təhlükə hesab edib.

Kim Yo Conq deyib ki, Yaponiya “yanlış seçim” edib bu kursu davam etdirərsə, nəticələri ölkə üçün ağır olacaq və Şimali Koreya dərhal “məhvedici zərbə” endirə bilər.

O, həmçinin ABŞ və Cənubi Koreya arasında keçirilən birgə hərbi təlimlərə reaksiya göstərərək, həmin məşqləri Pxenyan qarşısında düşmənçilik nümayişi saydığını ifadə edib.