Türkiyənin Konya vilayətinin Seydişəhər rayonunda keçirilən qaban ovunda ölüm hadisəsi baş verib.
Hadisə zamanı 46 yaşlı Mustafa H. ov yoldaşı Emre Tepecini tüfəngdən çıxan güllə ilə başından vurub. Yaralı həmin vaxt hadisə yerində dünyasını dəyişib.
Məlum olub ki, üç dost sahələrdə çöl donuzu sürülərinin olduğu barədə məlumat alaraq əraziyə gediblər. İddialara görə, Mustafa H. çöl donuzu sürüsünə qarşı atəş açmağa çalışarkən güllələr Emre Tepeciyə də dəydiyi bildirilib. Hadisə anında Emre Tepeci avtomobilin pəncərəsindən başını çıxarmış olub.
Mustafa H. və başqa bir nəfər jandarma tərəfindən saxlanılıb. Hadisə ilə bağlı cinayət işi açılıb və istintaq davam edir.