Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın təşkilatdakı gələcək taleyinə və üzvlük statusuna dair qəti mövqe nümayiş etdirməsini tələb edir. Bu məsələ il ərzində konkretlik qazanmalı, son qərar isə gözlənilir.

KTMT-nin baş katibi Taalatbek Masadıkov RİA Novosti agentliyinə verdiyi açıqlamada İrəvanın qeyri-müəyyən statusuna tezliklə aydınlıq gətirilməsinin zəruriliyini vurğulayıb və təşkilatın Ermənistanın gələcək üzvlüyü ilə bağlı yekun qərarı gözlədiyini bildirib.

Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev isə qeyd edib ki, Ermənistanın nizamnamə orqanlarında səsvermə hüququndan məhrum edilməsi yalnız bütün üzv dövlətlərin yekdil razılığı ilə mümkündür.

Məsələnin rəsmi şəkildə müzakirəyə çıxarılması üçün sammitin noyabrın 11-də Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Şurası toplantısında gündəmə gətirilə biləcəyi bildirilir.

Qeyd olunur ki, Ermənistan faktiki olaraq KTMT-nin struktur və tədbirlərində iştirakını dayandırıb. İrəvan bu addımı 2022-ci ilin sentyabrında Azərbaycan–Ermənistan sərhədində baş vermiş hərbi toqquşmalar zamanı müttəfiqlərinin müqavilə öhdəliklərini lazımınca yerinə yetirmədiyi iddiası ilə əsaslandırıb.

Moskva həmin ittihamları rədd edir, Ermənistanın fəaliyyətinin dayandırılmasından təəssüf hissi keçirdiyini bildirir və yaranmış fikir ayrılıqlarının təşkilat daxilində dialoq yolu ilə həll edilməsini tövsiyə edir.