Milli Məclis küləkli hava şəraitində işçilərin açıq sahədə və qurğularda işləməsi ilə bağlı yeni qaydaların Əmək Məcəlləsinə daxil edilməsi üzrə təklif olunan dəyişiklikləri son oxunuşda razılaşdırıb. Konkre.az xəbər verir ki, parlament bu məsələni bu gün keçirilən iclasında müzakirəyə çıxarıb.
Mətnə əsasən, küləkli havada açıq iş yerlərində çalışan işçilərə müvafiq standartlar daxilində fasilələr verilməli və iş dayandırılmalıdır. Eyni zamanda, küləyin gücü 6–8 ball arasına çatdıqda quruda fəaliyyət göstərilən kranların işlərində, həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol verilə bilər. Lakin küləyin gücü 8 baldan çox olduqda həmin kranlarla aparılan bütün işlər mütləq dayandırılacaq.
İclasda müzakirələr tamamlandıqdan sonra layihə səsverməyə çıxarılıb və üçüncü oxunuşda qəbul olunub.