Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yolun kənarında saxlanılan tikinti materiallarında yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyi hadisə barədə məlumat yayıb və bildirilib ki, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə göndərilib.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir və alovun söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.