Rumıniyanın hərbi aviasiyasına məxsus F-16 qırıcısı Qara dəniz akvatoriyasında yerləşən Neptun Deep qaz yatağının yaxınlığında dəniz dronunu məhv edib.
Hadisə zamanı aşkarlanan dronun göyərtəsində partlayıcı maddə olduğu bildirilib. Sahil mühafizəsinin Konstansa yaxınlığından ötən səhər 80 mil məsafədə, müstəsna iqtisadi zonada yerləşən yatağın perimetrində bu obyektin qeydə alındığı qeyd edilib.
Müstəsna iqtisadi zonada dron aşkar edilən kimi işçilərin təhlükəsizliyinin təmin edilməsi və kritik infrastrukturun qorunması məqsədilə dərhal iki F-16 qırıcısı havaya qaldırılıb və nəticədə həmin pilotsuz aparat vurularaq sıradan çıxarılıb.
Hadisə ilə bağlı məsul şəxslər və hərbi qurumlar əməliyyatın detalları və təhlükəsizlik tədbirləri barədə məlumat veriblər.