Latviyanın Yol Hərəkətinin Təhlükəsizliyi İdarəsi (CSDD) hədəf alınan kiberhücum nəticəsində 1,2 milyon şəxsin məlumatlarının əldə edildiyini açıqlayıb.

Hadisə ilə bağlı məlumatı kiberinsidentlərin qarşısının alınması üzrə qurumun rəhbər müavini Varis Teivans verib. O bildirib ki, hücumda CSDD-nin son 18 il ərzində saxladığı ödəniş məlumatları ələ keçirilib.

Baş nazir Andris Kulberqs jurnalistlərə bildirib ki, konkret məsul şəxslər hələ aşkarlanmayıb və hadisənin başqa bir dövlət tərəfindən həyata keçirilən kiberhücum ola biləcəyi istisna edilmir.

CSDD-nin İT departamentinin rəhbəri Maris Purinş isə qeyd edib ki, kiberhücum zamanı müştərilərin telefon nömrələri və elektron poçt ünvanları sızdırılmayıb. O həmçinin vurğulayıb ki, cinayətkarların əldə etdiyi ünvan məlumatları hər halda tam deyil.

Purинş əlavə edib ki, son istirahət günləri ərzində təşkilat başqa bir məqsədyönlü kiberhücumla daha üzləşib, lakin gücləndirilmiş təhlükəsizlik tədbirləri sayəsində həmin hücumun qarşısı alınmışdır.

Latviya Prezidenti Edqars Rinkeviçs insidenti şərh edərək kiberhücumun və genişmiqyaslı məlumat sızmasının milli təhlükəsizlik üçün ciddi təhdid olduğunu bildirib.