Türkiyəli müğənni Mabel Matiz “Ha Leylim” adlı mahnı ilə bağlı aparılan istintaq çərçivəsində hüquq-mühafizə orqanlarına çağırılaraq ifadə verib.
Sənətçinin əsl adı Fatih Karaca olaraq qeyd edilir. Ona qarşı mahnının sözləri və musiqili klipində əxlaqsızlıq elementləri olduğu iddiaları əsasında cinayət işi başlanıb və bu iş çərçivəsində dindirilmə həyata keçirilib.
Məhkəmə tərəfindən ölkədən çıxışına məhdudiyyət qoyulmasını nəzərdə tutan məhkəmə nəzarəti tədbiri tətbiq olunub. Daha sonra Matiz sərbəst buraxılıb.
Araşdırmanın sözügedən qrup mahnı və videoklipdən irəli sürülən iddialar əsasında davam etdiyi bildirilib.