Abşeron rayonunun Masazır kəndində yerləşən şərab evlərindən birində spirtli içki aldığı halda hesabı ödəməkdən imtina edən şəxs ilə işçilər arasında mübahisə yaranıb.

Daxili İşlər Nazirliyinin əməkdaşı, polis baş leytenantı Cəsarət Qənbərli bildirib ki, hadisə ilə əlaqədar polis tədbirləri nəticəsində 26 yaşlı E.Rzayev saxlanılıb.

Faktla bağlı hazırda Abşeron Rayon Polis İdarəsində təhqiqat araşdırması aparılır.

Araşdırmanın yekunundan sonra məsələyə hüquqi qiymət veriləcək.