İranın sabiq prezidenti Məhəmməd Xatəmi yayılan videomüraciətində Məsud Pezeşkian haqqında fikirlərini bölüşüb.
Videomüraciətdə Xatəmi qısa ifadə ilə Məsud Pezeşkiani yüksək qiymətləndirib: "Məsud Pezeşkianın əlini öpürəm".
O əlavə edib ki, "Cənab Pezeşkian və onun hökuməti insanların özlərini məhrum hiss etməmələrini təmin edə bildilər." Xatəmi həmçinin islahat hökumətinin başçısına ətrafındakı siyasi dedi-qodulardan uzaq durmağı və xalqın onun hökuməti haqqında fikirlərini dinləməyi tövsiyə edib.