Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva ilə qızları Saida və Şaxnoza Mirziyoyevalar birgə Daşkənddə yerləşən "Oxunguzar" incəsənət məkanına baş çəkiblər.
Layihə Özbəkistan Respublikasının Prezident Administrasiyası yanında Mədəniyyət və İncəsənin İnkişafı Fondu tərəfindən sifariş əsasında həyata keçirilib.
Məkan daxilində keramika, tikiş və zərgərlik nümunələri ilə yanaşı, ağac üzərində oyma işlərinin nümayiş olunduğu sərgilər təşkil edilir.
Eyni zamanda "Oxunguzar"da müxtəlif görüşlər, mühazirələr və maarifləndirici tədbirlər keçirilir.